Bank vətəndaşın avtomobilini əlindən aldı - "Maşını apardığımızı sübut elə" - VİDEO

Bank vətəndaşın avtomobilini əlindən aldı - "Maşını apardığımızı sübut elə" - VİDEO
21:22 15 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Elşən Sadıxov bir müddət öncə kreditlə avtomobil alıb. Ancaq qəza keçirdiyi üçün kreditin kiçik bir hissəsinin ödənişini banka gecikdirib. Bank isə bunu əsas gətirərək avtomobili məhkəmə qərarı olmadan Elşən Sadıxovun əlindən alıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, indi vətəndaş iddia edir ki, bank onun avtomobilini gizlədir. Çünkü məhkəmə avtomobilin hərraca çıxarılması ilə bağlı qərar versə də bu, hələ də baş tutmayıb və avtomobil yoxdur.

Elşən Sadıxov avtomobilin hərraca çıxarılması üçün bir neçə dəfə banka müraciət etsə də cəhdləri nəticəsiz qalıb.

Ekspert Anar Ramazanov deyir ki, bank kredit gecikməsinə görə avtomobili məhkəmə qərarı olmadan vətəndaşın əlindən ala bilməz. Bank əməkdaşlarının bu cür addım atması birbaşa cinayət məsuliyyəti daşıyır.

O ki qaldı avtomobilin bank tərəfindən gizlədilməsinə, vətəndaş mütləq avtomobilin tapılması üçün hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR