Sabiq milli təhlükəsizlik nazirinin qardaşı məhkəmə zalından azadlığa buraxılıb

Sabiq milli təhlükəsizlik nazirinin qardaşı məhkəmə zalından azadlığa buraxılıb
21:23 15 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvanın şəhər Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun qardaşı Əli Ələsgərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ə. Ələsgərov vergi borcunu ödədiyi üçün azadlığa buraxılıb.

Qeyd edək ki, Ə. Ələsgərov vergi borcuna görə həbs edilib. V. Ələsgərov isə Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR