Rusiyanın iqtisadi inkişaf nazirinə ev həbsi verilib

Rusiyanın iqtisadi inkişaf nazirinə ev həbsi verilib
21:27 15 Noyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayev məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirin ezamiyyət adı ilə xaricdə istintaqdan gizlənməməsi və şahidlərə təzyiq göstərə bilməməsi üçün ona ev həbsi verilib.

İqtisadi İnkişaf naziri iki milyon dollar həcmində rüşvət götürməkdə ittiham edilir. İstintaq komitəsi bəyan edib ki, A.Ulyukayev pulu götürərkən cinayət başında həbs edilib.

A.Ulyukayev məhkəmədə günahını etiraf etməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR