Aktrisa bundan sonra alt paltarları satacaq

Aktrisa bundan sonra alt paltarları satacaq
21:31 15 Noyabr 2016
156 Şou
Ölkə mətbuatı
A- A+

50 yaşlı aktrisa Xolli Berri özünə yeni biznes qurub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa gələn aydan qadınlar üçün alt paltarı kolleksiyasını satışa çıxarır. Xolli 50 yaşının olmasına baxmayaraq, özünü əsla qoca saymadığını, əksinə, bu yaşdan sonra daha da yaşamağa həvəsləndiyini bildirib.

"Artıq yeni biznes qurmağa başlamışam. Gələn aydan qadınlar üçün alt paltarlarından ibarət kolleksiyam satışa çıxır. İnanıram ki, bu paltarlar qadınların xoşuna gələcək. Onlar mənim kolleksiyamdan olan geyimləri əyinlərinə geyinsələr, onu bir daha çıxarmaq istəməyəcəklər", - deyə Berri vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR