Azərbaycanda məktəb direktoru şagirdi zorlamaqda ittiham edilir

Azərbaycanda məktəb direktoru şagirdi zorlamaqda ittiham edilir
22:22 15 Noyabr 2016
745 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli saxlanılıb.

Milli.Az avropa.info-ya istinadən bildirir ki, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərədn birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.

Hazırda Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab rayon prokurorluğu tərəfindən araşdırılır.

Zərdab rayon polis şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab rayon prokurorluğuna göndərilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR