Millinin ən yaxşısı da odu, ən pisi də

Millinin ən yaxşısı da odu, ən pisi də
22:47 15 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya millisinin qapıçısı İqor Akinfeyev rekorda imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,təcrübəli "çərçivə qoruyucusu" SSRİ və Rusiya millisinin heyətində ən çox quru oyun keçirən qapıçı olub.
 
Rumıniya ilə yoldaşlıq oyununda qapısının toxunulmazlığını təmin edən İqor bununla da 45-ci dəfə qarşılaşmanı "quru" başa vurub. Daha əvvəl ən çox "quru oyun" keçirən qapıçı isə SSRİ yığmasının qapıçısı Renat Dasayev olub - 44 matç.
 
Maraqlıdı ki, millidəki ən çox qol buraxan qapıçı da Akinfeyevdi. O, 94 görüşdə 71 dəfə topu tordan çıxartmalı olub. Renat Dasayev isə 91 oyunda qapısında 70 qol görüb.
 
Qeyd edək ki, Rusiya - Rumıniya matçı 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu isə oyununu 90+3-cü dəqiqəsində Muxammed Ozdoyev vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR