Yaşıl qidalarla xəstəliklərdən qorunun

Yaşıl qidalarla xəstəliklərdən qorunun
23:17 15 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Öz menyunuzda yaşıl qidalara bol-bol yer verin, soyuq havaların təsiri ilə baş verən xəstəliklərdən qorunun.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qışın gəlməsi ilə soyuqdəymə, zökəm, qrip kimi immunitetə pis təsir edən xəstəliklər tez-tez qapımızı döyür. Başda yaşıl bibər, cəfəri, brokkoli kimi, yaşıl rəngli tərəvəz və meyvələr isə, xəstəliklərə qarşı bir qalxan yaradır.
Xəstəliklərdən qorunmaq və ya ən yüngül şəkildə sağalmaq üçün əsas istehlak edilməsi lazım olan qida yaşıl bibərdir. Yaşıl bibər yüksək miqdarda C vitamini ehtiva edir. Həm qoruyucu, həm də müalicəvi təsiri olan yaşıl bibəri hər səhər çiy olaraq, ya da günün digər vaxtları salatın tərkibində yeyin.
Yüksək miqdarda C vitamini daşıyan cəfəri, toksinlərin orqanizmdən atılmasında, orqanizmin müdafiə sisteminin qorunmasında və qış xəstəliklərindən xilas olmada olduqca təsirlidir.
Təxminən bir kasa təzə cəfəri bir günlük dəmir, kalsium və C vitamini ehtiyacını ödəyir.
Təzə və təbii naringi, yüksək miqdarda C vitamini təsiri ilə bədəni xəstəliklərə qarşı qoruyur. Eyni zamanda zərərli xolesterin səviyyəsini aşağı salır və qan axınını sürətləndirir. Naringi həmçinin şəkər və xərçəng xəstəliklərindən qorunmanı təmin edir.
Xüsusilə uşaqlardakı qrip və soyuqdəymə kimi tənəffüs yolundakı infeksiyalara qarşı olduqca təsirli olan kivi, tərkibindəki vitamin və minerallarla xəstəliklərə qarşı qoruyucu bir qidadır. Bədən müqavimətini artıran, xolesterin səviyyəsini salan və immunitetin gücləndirilməsi üçün mühüm yer tutan kivi, axşam yeməyindən təxminən iki saat sonra qəbul edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR