20 dollara aldığı divandan sərvət çıxdı - FOTO

20 dollara aldığı divandan sərvət çıxdı - FOTO
23:27 15 Noyabr 2016
332 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu-York şəhərində yaşayan 3 tələbə köhnə və işlənmiş əşyalar bazarından 20 dollara aldıqları divan onlar üçün sürpriz olub.

Milli.Az ABC-yə istinadən bildirir ki, divana oturanda narahatlıq hiss edən tələbələr divanın oturacağını söküblər. Orada üç zərfdə 41 min dollar vardı.

Sən demə, bu pulu bir ailə qızları üçün 30 il ərzində yığıb. Evin kişisi vəfat edəndə qadın divandakı pulu unudub. O, divanı sataraq yeni çarpayı alıb.

Tələbələr Ris, Kelli və Lara pulları divan sahibəsinin qızına veriblər.

67 yaşlı Emil Knodell isə köhnə əşyalar bazarında aldığı dolabın xəzinə olduğunu bilmirdi.

Texas ştatındakı Belvill şəhərində alınmış bu dolabğın gizli rəfindən on milyonlarla dollarlıq zinət əşyaları, almazlar, brilyantlar, qızıl pullar və s. çıxıb.

Milli.Az























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR