İldə 4 dəfə qan niyə verməliyik?

İldə 4 dəfə qan niyə verməliyik?
23:47 15 Noyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər ildə dörd dəfə qan verildiyi zaman həm daha sağlam olacağımızı, həm də orqanizmin özünü təzələyəcəyini bildirirlər.

Ekspertlər qan verməyin əhəmiyyətli olduğunu qeyd edərək,18 ilə 65 yaş arasında, 50 kiloqramın üzərində olan sağlam hər kəsin qan verə biləcəyini bildirib.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, qan vermək başqa insanlara bir kömək olmaqla yanaşı, insanın öz sağlamlığı üçün də çox faydalıdır.
Ən tez iki ay fasilə ilə ildə 4 dəfə qan verilməsinin önəmli olduğunu söyləyən mütəxəssislər bu mövzu barəsində məlumat veriblər: "Sağlam hər kəs qan verməlidir. Çünki qan verən sağlam bir insanın qan əmələ gətirən hüceyrələri bərpa olunacaq.
Beləliklə, ildə dörd dəfə qan verildiyi zaman həm daha sağlam olacaqsınız, həm də orqanizm özünü yeniləyəcək və immunitet güclənəcək.
Qan verən insan daha sakit və canlı olur. Bundan başqa, xəstə insanlara kömək etmiş oluruq.
Qan verilməsinin başqa bir faydasının isə, qanda yoluxucu xəstəliklərin olub olmadığını öyrənə bilməkdir. Qan verənlər həmçinin hepatit B və hepatit C testlərindən keçmiş olur. Bu da qan verənlər üçün də əhəmiyyətlidir. Qan verməklə bir növ kiçik də olsa, müayinədən keçirsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/489303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR