"Brent" markalı neft 5%-dən çox bahalaşıb

"Brent" markalı neft 5%-dən çox bahalaşıb
23:52 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 15-i axşam neftin dünya qiymətləri sürətlə artmağa başlayıb.
"Report" xəbər verir ki, hərracların nəticələrinə görə, WTI-nin ardınca "Brent" markalı neft də 5%-dən çox bahalaşıb.
Bakı vaxtı ilə 23.19-a olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 5,02% artaraq bir barel üçün 46,66 dollara çatıb.
WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barelə görə 5,22% bahalaşaraq 45,58 dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/brent-markali-neft-5-den-cox-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR