İki milyon dollar almış nazir ev dustaqlığına məhkum edildi

İki milyon dollar almış nazir ev dustaqlığına məhkum edildi
23:59 15 Noyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Moskvanın Basman Rayon Məhkəməsi rüşvət almaqda ittiham olunan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  ev dustaqlığının müddəti yanvarın 15-dək müəyyən edilib.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bundn əvvəl Aleksey Ulyukayevi etimadı itirdiyinə görə iqtisadi inkişaf naziri vəzifəsindən azad edib.

 

Qeyd edək ki, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in səhm paketinin alınmasına müsbət rəy üçün 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR