21 yaşlı azərbaycanlı gəncin qeyri-adi bacarığı - video

00:31 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bərdədə yaşayan 21 yaşlı Hüseyn Qarayev qeyri-adi bacarığı ilə hər kəsi heyrətləndirir.

Axşam.az-ın məlumatına görə, "Xəzər xəbər"ə danışan gənc istənilən zəhərli ilanı əli ilə tutduğunu və təhlükəli sürünənləri evində saxladığını deyib.

Bərdənin Məhdixanlı kənd sakini olan H.Qarayev uşaqlıqdan ilanlarla oynamagı sevir. O, kənddə təsərrüfat işləri ilə məşgul olarkən qarşısına çıxan ilanları təhlükəsiz qaydada tutmağı da öyrənib. 

Hüseyn tutduğu ilanları zəhərini çıxartdıqdan sonra evində saxlayıb şəraitə uygunlaşdırır. Lakin ailə üzvləri ilanlardan qorxduğu üçün onları yenidən çöllük ərəzilərə buraxır.

Gəncin ilanlardan əlavə digər vəhşi heyvanlara da marağı var. Ancaq Bərdədə hələ ki, başqa heyvan tutub saxlamaga nail olmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR