Brent nefti 5 faiz bahalaşıb

Brent nefti 5 faiz bahalaşıb
00:43 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında dünya birjalarında neftin qiyməti qalxmaqda davam edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Brent” markalı neft WTI neftinin ardınca 5 faizdən çox bahalaşıb.

Bakı vaxtı ilə 23.19-a qeydə alınmış göstəricilərə əsasən, “Brent” markalı neftin 1 barelinin dəyəri isə 5,02 faiz artaraq 46,66 dollar olub. WTI neftinin qiyməti 1 barelə görə 5,22 faiz artaraq 45,58 dollar təşkil edib.

Qeyd edək ki, neftin bahalaşmasına səbəb OPEK və təşkilata üzv olmayan digər ölkələr arasında neft hasilatının məhdudlaşdırılmasına dair sazişin əldə olunmasına ümid verən məlumatların yayılması olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR