Ərdoğan gələn həftə iki ölkəyə səfər edəcək

Ərdoğan gələn həftə iki ölkəyə səfər edəcək
03:14 16 Noyabr 2016
109 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gələn həftə Pakistan və Özbəkistana rəsmi səfər edəcək. APA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidenti administrasiyasının məlumatında bildirilib.

 

“Prezident Ərdoğan 16-17 noyabr tarixlərində Pakistanda, 17-18 noyabr tarixlərində isə Özbəkistanda rəsmi səfərdə olacaq. Pakistanda prezident Məmnun Hüseyn və baş nazir Nıvız Şəriflə danışıqlar aparacaq, parlamentdə çıxış edəcək, iri şirkətlərin rəhbərləri ilə görüşəcək. Prezident həmçinin Lahor şəhərinə səfər edəcək”, - deyə prezidentin rəsmi saytında bildirilir.  

 

“Səmərqənddə prezident Özbəkistan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən, baş nazir Şövkət Mirzəyevlə görüşəcək. İkitərəfli münasibətlərin inkişafı, regional və beynəlxalq proseslər müzakirə ediləcək”, - deyə bildirilir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR