800 manat xərc çəkdi, traktor hazırladı - 100 km/saat sürət yığa bilir - VİDEO

800 manat xərc çəkdi, traktor hazırladı - 100 km/saat sürət yığa bilir - VİDEO
08:03 16 Noyabr 2016
578 Maraqlı
Ölkə mətbuatı
A- A+

80-100 kilometr saat sürət yığa bilir, üstəlik də kənd təsərrüfatı işlərində kömək edir.

Söhbət azərbaycanlı avtomobil ustası Araz Hüseynovdan gedir. Gürcüstanın Marneuli rayonunun Arıklı kəndinda yaşayan usta mini traktor hazırlayıb. Hazırladğı traktorun görüntülərini “Xəzər Xəbər”in votsap nömrəsinə göndərib.

Traktorun hazırlanmasında müxtəlif avtomobillərin qurğularından istifadə edib. Mühərrik hissəsinə isə “Vaz 21 011” avtomobilinin mühhərikini qoyub.

Araz Hüseynovun sözlərinə görə, mini traktoru boş vaxtlarında hazırlayıb.Ümumilikdə traktorun hazırlanmasına 700-800 manat arası pul xərcləyib.

Mini traktor ona əsasən kənd təsərrüfatı işlərində kömək olur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR