ABŞ-ın Orem şəhərində (Yuta ştatı) bıçaqla silahlanmış 16 yaşlı yeniyetmə məktəblərin birində bir qrup şagirdə hücum edərək 5 nəfərə xəsarətlər yetirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, insident məktəbdə oğlanlar üçün paltar dəyişmə otağında baş verib. Xəsarət alanlardan bir neçə nəfərin vəziyyəti ktirikdir.
Hücum edən şəxs saxlanılıb, araşdırma aparılır.
Milli.Az