Qaziantepin Şahinbəy rayonunda iki qiraətxananın önünə motosikletlə gələn bir şəxs tərəfindən atılan paket partlayışa səbəb olub.
Milli.Az NTV-yə istinadən bildirir ki, hadisə nəticəsində hər hansı bir ölüm faktı qeydə alınmayıb.
Partlayışı törədən və ya törədənlərin kimliyinin araşdırılması yönündə polis istintaqa başlayıb.
Təhməz Təkin
Milli.Az