Bakı. 16 noyabr. REPORT.AZ/ Dekabrın 30-da "Bakı Dəmir -Beton 7” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Yığıncağın gündəliyinə müəssisənin İdarə Heyətinə yeni sədr seçilməsi, Müşahidə Şurasının yeni tərkibinin müəyyən edilməsi və digər məsələlər daxildir.
Yığıncaq saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2a ünvanında baş tutacaq.