Arda və Ebrunun mesajları yayıldı

Arda və Ebrunun mesajları yayıldı
09:46 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyə futbol yığmasının kapitanı Arda Turan ilə keçmiş model Ebru Şallı arasındakı sosial şəbəkə yazışmaları ortaya çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ebru İnstaqram və Tvitter hesablarının oğurlandığını elan etsə də, nə o, nə də Arda yazışmaların yalan olduğunu deməyib.

Hesabdan paylaşılan ikili arasında səmimi dialoqlar isə maraqla qarşılanıb. Arda Ebruya "Darıxdım. Hardasan? Səni görmək istəyirəm. Foto çək, at" mesajları yazıb. Modelin də səmimi cavabları hər kəsdə şübhə yaradıb.

Daha sonra E.Şallı açıqlama yayaraq "İnstaqram hesabım geri alındı, amma Tvitter hələ məndə deyil" yazıb. O, eyni zamanda Ardaya zarafatla mesah yazaraq "Bu sevgilisi olan kişilər də məndən əl çəkmir" mesajı yayımlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR