Tanınmışlar Yaşar Nurinin xatirə gecəsinə toplaşdı - fotolar

Tanınmışlar Yaşar Nurinin xatirə gecəsinə toplaşdı -  fotolar
09:51 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrında xalq artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gecədə tanınmış similar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qonaqlar ilk növbədə Y.Nurinin sənət yolunu əks etdirən fotosərgini izləyiblər. Daha sonra sənətkarın həyat və yaradıcılığının əks olunduğu videoçarx nümayiş olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Yaşar Nurinin həyat və yaradıcılığından, sənət fəaliyyətindən söz açıb. 

Mərhum aktyorun Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox televiziya tamaşasında yaratdığı obrazlardan danışan Ə.Vəliyev qeyd edib ki, o, satirik səhnəciklərdə rol alıb.

Akademik Milli Dram Teatrının direktoru, xalq artisti Azərpaşa Nemət Y.Nurinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb.





















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR