SOCAR-ın yeni törəməsi qeydiyyata alınıb

SOCAR-ın yeni törəməsi qeydiyyata alınıb
09:57 16 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR-a məxsus "SOCAR-Uniper" MMC dövlət qeydiyyatına alıb.

Milli.Az APA-ya istinadən xəbər ki, şirkətin baş ofisi Sumqayıt şəhərində yerləşir.
 
MMC-nin nizamnamə kapitalı isə 10 min manatdır.
 
Qanuni təmsilçisi Rza Rzayevdir. Şirkətin Müşahidə Şurasında Fuad Əhmədov, Rəşad Hüseynli, Fuad Kərimli, Muxtar Babayev, Filip Palada, Fip Uvve Haynts təmsil olunurlar.
 
Qeyd edək ki,  mayın 25-də Sumqayıtda SOCAR və Almaniyanın "Uniper" şirkəti arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - "SOCAR-Uniper" MMC-nin yaradılması haqqında saziş imzalanıb. Sazişə əsasən birgə müəssisədə SOCAR 51%-lik, "Uniper" isə 49%-lik paya sahib olacaqlar.
 
Sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və "Uniper" şirkətinin prezidenti Klaus Şehfer imzalayıblar. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR