Bakı Olimpiya Stadionunun direktoru: “ƏN Yeni İl” konsertində tamaşaçıları maraqlı sürprizlər gözləyir”

Bakı Olimpiya Stadionunun direktoru: “ƏN Yeni İl” konsertində tamaşaçıları maraqlı sürprizlər gözləyir”
10:07 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Ot örtüyü heç bir ziyan görməyəcək”
Bakı. 16 noyabr. REPORT.AZ/ Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakı Olimpiya Stadionunda “ƏN Yeni İl” adlı konsert proqramı təşkil olunacaq. Konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.
Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev konsert proqramının informasiya dəstəkçisi “Report” agentlyinə müsahibə verib.
- Bakı Olimpiya Stadionu ilk dəfə Yeni il proqramı ilə bağlı səs-küylü şou proqrama ev sahibliyi edəcək. Belə bir təşəbbüs nədən qaynaqlandı?
- Həmişə qeyd etdiyimiz kimi, Bakı Olimpiya Stadionunun tək idman obyekti kimi yox, multifunksional mərkəz kimi fəaliyyət göstərməsi məqsədimiz olub. İl ərzində bir neçə uğurlu tədbirləri (fərdi şirkət üçün olimpiya oyunları stilində tədbir, Bakı Marafonu 2016, SOCAR ilə birlikdə AVRO-2016 azarkeşlər zonası - "Report") təşkil etmişik. Bu dəfə də qərara gəldik ki, ən müasir səs və video avadanlıqlarına malik Olimpiya Stadionunda konsert də təşkil olunmalıdır və bunun üçün isə ən uyğun tarix 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
- Səhnə harada qurulacaq? Bu zaman ot örtüyü zədələnməyəcəkmi?
- Səhnə stadionun əsas meydançasında quraşdırılacaq. Ot örtüyü heç bir ziyan görməyəcək. Çünki belə tədbirlər zamanı otu xüsusi örtüklə bağlayırıq. Amma qeyd etməliyəm ki, yanvar ayında həmin meydançada İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi başlayacaq və bu iş çərçivəsində ot örtüyü ilə bağlı müəyyən qulluq planı tətbiq olunacaq.
- Konsert proqramının təşkilatçısı kimdir?
- Konsert proqramının təşkilatçısı Bakı Olimpiya Stadionudur. Əlbəttə, bizə bu işdə konsert təşkilatçılığında böyük təcrübəyə malik şirkətlər təşkilati və texniki dəstək verirlər.
- İzləyiciləri nə kimi sürprizlər gözləyir?
- Ümumiyyətlə, bu konsert proqramı bütün tamaşaçılar üçün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı olan hədiyyəmizdir. Əsas sürprizlər stimullaşdırıcı lotoreya vasitəsilə oynanılan mənzil və iki avtomobildir. Digər maraqlı sürprizlər də olacaq. Təbii ki, bunu tədbirə gəlib görmək lazımdır.
- Konsertin bitmə vaxtı gecə 01:00 olmasını nəzərə alıb, əraziyə yaxın metro stansiyasının işləmə vaxtının uzadılması ilə bağlı aidiyyəti quruma müraciət edilməsi nəzərdə tutulur?
- Əlbəttə. Bu, bizim üçün normal bir təcrübədir, həmişə futbol matçları və digər tədbirlər zamanı müvafiq qurumlara müraciət edirik və müsbət cavab alırıq.
- Ümumiyyətlə, necə düşünürsünüz, 60 min tamaşaçı tutumu olan stadionu bu konsertlə doldurmaq mümkün olacaq?
- Konsert proqramının konsepti oturacaq yerlərinin nəzərdə tutulmamasıdır. Bütün əyləncələr meydançada olacaq və tamaşaçılar da səhnənin ətrafında duracaqlar. Ona görə də stadionun tribunalarını doldurmaq fikrində deyilik.
- Tamaşaçı tutumunun çox olmasına görə ən ucuz bilet 9 manat nəzərdə tutulub? Bəs digər yerlərin qiyməti necədir? Hansısa VİP yerlər olacaq? Nə qədər bilet satışı nəzərdə tutulub?
- Hər kəsin Yeni il şənliyində iştirak etməsi üçün münasib qiymət tətbiq etmək qərarına gəldik. Hazırda biletlərin qiyməti 9 AZN təşkil edir. Amma tədbirin keçirilməsinə yaxın biletlərin qiymətində artım ola bilər. Ona görə də təklif edirəm ki, biletləri son günlər yox, öncədən əldə etsinlər. Digər kateqoriyalı biletlərin qiyməti isə 100 AZN təşkil edir və həmin biletlərin sahibləri səhnənin qarşısında olan “qızıl halqa"da konserti izləyəcəklər. 20 000-ə yaxın standart biletin satışını planlaşdırırıq.
- Yeri gəlmişkən, tamaşaçılar konsertə gələrkən özləri ilə yemək və içki gətirə bilərlərmi?
- Təəssüf ki, xeyr. Biz bunu təhlükəsizliyi nəzərə alıb etmişik. Lakin çox sərfəli qiymətə iaşə xidmətimiz fəaliyyət göstərəcək.

- Sağlamlıq imkanları məhdud olanlar, kimsəsizlər və valideyn himayəsindən məhrum uşaqlar üçün hansısa güzəştlər nəzərdə tutulub?
- Stadionumuzda sağlamlıq imkanları məhdud olanlar üçün 1 500 yer var. Kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün isə ayrı proqramımız var, onlara bilet pulsuz təqdim olunacaq.
- Təhlükəsizlik məsələsi hansı formada təşkil olunacaq?
- Bu məqamda biz standart sxemə uyğun olaraq fəaliyyət göstərəcəyik, daxili təhlükəsizlik xidmətimiz ilə yanaşı, hüquq-mühafizə orqanlarının köməyindən də istifadə olunacaq.
- Kosertin günü soyuq aya təsadüf edir. Həmin gün hava nəzərə alınaraq dekorasiya qurulacaq? Nə kimi qabaqlayıcı tədbirlər görüləcək?
- Hava faktorları nəzərə alınaraq texniki cəhətdən də hazırlaşırıq. Tamaşaçıların duracaq yerləri ətrafında xüsusi istilik zonaları quraşdırılacaq. Əlbəttə, bayram stilinə uyğun müvafiq dekorasiyalar da qurulacaq.
- Nə vaxtdan səhnə hazırlıqlarına başlanılacaq?
- Hazırlıq prosessi artıq aktiv şəkildə həyata keçirilir, səhnənin quraşdırılması isə, planımıza əsasən, tədbirə 20 gün qalmış başlayacaq.
- Türkiyəli sənətçilər Bakıya nə vaxt gələcəklər? Onların stadionda rahat işləməsi üçün şərait lazımi səviyyədə qurulacaqmı?
- Hər ifaçının öz qrafiki var. Tədbirə bir-iki gün qalmış gələcəklər. Çünki məşq etməlidilər, səs sistemini yoxlamalıdılar. Dediyim kimi, bu tədbirlə bağlı təcrübəli konsert təşkilatçıları tərəfindən dəstəyimiz var, bizim üçün də birinci böyük tədbir deyil, hər şeyin çox yüksək səviyyədə təşkil olunacağına əmin ola bilərsiniz.
- Mətbuat nümayəndələrinin konsertdə iştirakı hansı formada təmin olunacaq? Çəkilişlə bağlı qonaqlar tərəfindən hansısa qadağalar irəli sürülməyib?
- Mətbuat nümayəndələri üçün xüsusi şəraitlər yaradılacaq, akkreditasiyalar vasitəsilə müvafiq zonalara keçid təmin olunacaq, media iş otağı da istifadəyə veriləcək. Çəkilişlə bağlı heç bir qadağa qoymadıq.
- Tədbirdən əldə olunan gəlirə görə "ƏN Yeni İl" konserti tədbirləriniz arasında hansı yerdə olacaq?
- Bu tədbir ilk dəfə olaraq stadionda təşkil olunacaq. Ona görə də onu digər tədbirlərlə bir sıraya qoyub müqayisə etmək hələ çətindir.
- Xərcləri qarşılamaq üçün gələcəkdə nə kimi addımların atılması nəzərdə tutulur?
- Bizim müvafiq inkişaf planımız var və ona uyğun olaraq irəliləyirik. Artıq stadionumuzda mini-futbol üçün meydançalar, idman barı, təhlükəsiz sürücülük kursları və idman zalı fəaliyyət göstərir. İdman infrastrukturu da atletlər, klublar və komandalar tərəfindən istifadə olunur. Əlavə olaraq fərdi tədbirlər həyata keçiririk. Qarşıda planladığımız çox tədbir var, həyata keçirdiyimiz zaman ictimaiyyəti də məlumatlandıracağıq.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11

Bir ailənin 5 üzvü zəhərləndi - Balakəndə

25 Sentyabr 2017 22:09

"Qəbələ" "Neftçi"yə divan tutdu - 7:1

25 Sentyabr 2017 22:07

Naim Süleymanoğlu ölüm ayağında - Təcili...

25 Sentyabr 2017 21:58

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

25 Sentyabr 2017 21:52

"Ordumuz İraqa girə bilər" -

25 Sentyabr 2017 21:50

Dünyanın ən bahalı brendləri açıqlandı - SİYAHI

25 Sentyabr 2017 21:49

Prezidentdən SƏRƏNCAM: Ziya Məmmədovun adı çıxarılsın

25 Sentyabr 2017 21:48

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

25 Sentyabr 2017 21:47

Tovuzda FACİƏ: Usta "laqonda" ilə ayağını doğradı

25 Sentyabr 2017 21:43

Mixail Qusmana "Kavaler" ordeni təqdim edildi

25 Sentyabr 2017 21:33

SON DƏQİQƏ:Türkiyə və İraq hərəkətə keçdi -

25 Sentyabr 2017 21:30

İraq və Türkiyə birgə hərbi təlimlərə başladı

25 Sentyabr 2017 21:29

Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

25 Sentyabr 2017 21:28

ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)

25 Sentyabr 2017 21:23

İraq Kürdüstanında səsvermə başa çatdı

25 Sentyabr 2017 21:19

Hitlerin gizli nüvə mərkəzi tapıldı

25 Sentyabr 2017 21:18

Neftin qiyməti iki illik maksimumuna çatıb

25 Sentyabr 2017 21:12

Cəlilabadda baş verən yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

25 Sentyabr 2017 21:10