Azərbaycan FHN nümayəndələri Dövlətlərarası Şuranın iclasına qatılacaqlar

Azərbaycan FHN nümayəndələri Dövlətlərarası Şuranın iclasına qatılacaqlar
10:32 16 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Noybarın 17-də Moskvada təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın növbəti, sayca 29-cu iclası keçiriləcək.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşdə MDB ölkələrinin, o cümlədən Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan nümayəndələri iştirak edəcək.
İclasın gündəliyində təhlükəsizlik sahəsində əməkdaşlığın daha da yaxşılaşdırılması məsələlərinin müzakirəsi, təbii və texnogen xarakterli fövqəladə hallar haqqında MDB-yə üzv dövlətlərin qarşılıqlı məlumatlandırılmasının nəzarət yoxlaması və s. kimi məsələlər var.
Həmçinin, gələcək əməkdaşlıq barədə bir sıra sazişlərin imzalanması da planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/azerbaycan-fhn-numayendeleri-dovletlerarasi-suranin-iclasina-qatilacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR