Avropa Komissiyası TRACECA dəhlizi çərçivəsində layihələrin icrasına 185 mln. avro ayırıb

Avropa Komissiyası TRACECA dəhlizi çərçivəsində layihələrin icrasına 185 mln. avro ayırıb
10:42 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ İndiyə qədər Avropa Komissiyası TRACECA (Europa-Cuacasus-Asia) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 85 layihənin icrasına 185 mln. avro həcmində vəsait ayırıb. "Report" xəbər verir ki, bunu Bakıda işə başlayan "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə çıxış edən TRACECA-nın baş direktoru Mirça Çiopraqa (Mircea Ciopraga) deyib.
Onun sözlərinə görə, hazırda dəhliz vasitəsi ilə daşınan yükün 50%-ni neft və neft məhsulları təşkil edir: "Artıq 2013-cü ildən Qafqazdan keçməklə Ukraynadan Çinə bir neçə dəfə yük daşınıb. Bu ilin sonu, gələn ilin əvvəlinə Türkiyə və Gürcüstan dəmir yolu sistemlərinin birləşdirilməsi gözlənilir".

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/avropa-komissiyasi-traceca-dehlizi-cercivesinde-layihelerin-icrasina-185-mln-avro-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR