Fövqəladə vəziyyət uzadıldı - Seçkilərə qədər

Fövqəladə vəziyyət uzadıldı - Seçkilərə qədər
10:47 16 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyətin 2017-ci ildə keçiriləcək prezident seçkilərinə qədər davam edəcəyini açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa prezidenti ölkədə fövqəladə vəziyyətin gələn ilin aprel və may aylarında keçiriləcək iki mərhələli prezident seçkilərinə qədər uzadılacağını deyib.

"Fövqəladə vəziyyətin prezident seçkilərinə qədər uzadılmasını istəyirəm. Terror təhlükəsinə qarşı fövqəladə tədbirlər görməyə ehtiyacımız var. Həmçinin qarşıdakı həftələrdə seçki kampaniyaları başlayacaq. Toplantılar və mitinqlər keçiriləcək. Hökumətin fövqəladə vəziyyətin uzadılması ilə bağlı təklifi ölkə Parlamentinə təqdim olunacaq", - deyə F.Olland bildirib.

Xatırladaq ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisin müxtəlif yerlərində törədilən terror aktlarından sonra ölkədə ilk dəfə fövqəladə vəziyyət elan edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR