Trampın nəvəsi Çinin sosial şəbəkələrini partlatdı - VİDEO

Trampın nəvəsi Çinin sosial şəbəkələrini partlatdı - VİDEO
10:53 16 Noyabr 2016
169 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın beşyaşlı nəvəsi Arabella Kuşnerin videosu Çinin sosial şəbəkələrində yüksək reytinq qazanıb.

Publika.az xəbər verir ki, çarx milyarderin qızı İvankanın “Instagram” hesabında 2016-cı ilin əvvəlində yayılıb, ancaq Çinin “Weibo” sosial şəbəkəsində yalnız noyabrda məşhurlaşıb.

Qız videoda Çin Yeni ilinin şərəfinə Tan imperiya sülaləsinin dövründəki klassik şeiri oxuyur. Kuşner həmçinin bayramın şərəfinə ənənəvi Çin qırmızı donunu geyinib.

Balaca qızın qabiliyyətlərinə Çinin sosial şəbəkə istifadəçiləri heyran olub. “Tramp mənim çox xoşuma gəlmir, amma onun uşaqları və nəvələri kifayət qədər sevimli uşaqlardır”,- “Weibo”nun istifadəçilərindən biri qeyd edib.

Arabella Kuşner İvanka Tramp və Cared Kuşnerin tək qızıdır. Onun Cozef və Teodor adlarında iki qardaşı var.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/176112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR