Azərbaycanda şagirdinə qarşı iyrənc hərəkətdə təqsirləndirilən direktor HƏBS EDİLDİ - FOTOLENT

Azərbaycanda şagirdinə qarşı iyrənc hərəkətdə təqsirləndirilən direktor HƏBS EDİLDİ - FOTOLENT
10:54 16 Noyabr 2016
469 Digər
Ölkə mətbuatı
A- A+

 

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru həbs olunub. Lent.az-ın məlumatına görə, orta məktəbə rəhbərlik edən 1984-cü il təvəllüdlü Ceyhun Tofiqli barəsində Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə başlanmış işlə bağlı məhkəmə tərəfindən həbs edilib. O, orta məktəbdə bir  şagirdinə qarşı seksual xarakterli hərəkətlər törətməkdə ittiham olunur.

 

Bildirilir ki, şagirdlərdən birinin valideynləri bir müddət əvvəl hüquq-mühafizə orqanlarına C.Tofiqlinin əməli barədə məlumat veriblər.

 

C.Tofiqli barəsində Zərdab rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir, zəruri ekspertizalar təyin edilib.

 

Qeyd edək ki, hadisə barədə ilk olaraq avropa.info saytı xəbər yayıb.

 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR