Trampın keçmiş həyat yoldaşı: "Səfir olmaq istəyirəm"

Trampın keçmiş həyat yoldaşı: "Səfir olmaq istəyirəm"
11:05 16 Noyabr 2016
197 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş həyat yoldaşı 67 yaşlı İvana Tramp media qarşısına çıxıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, çex əsilli İvana ABŞ-ın Çexiyadakı səfiri olmaq istəyini bildirib:

"Çex əsilliyəm və dilini də bilirəm. Hamı məni tanıyır. 3 kitab yazdım və kitablarım 40 ölkədə 25 dilə tərcümə olundu".

Qadın Trampın prezidentlik maaşından vaz keçməsinə də münasibət bildirib: "O, prezidentlik maaşı ilə yanaşı, prezident təyyarəsindən də vaz keçə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR