Topaz Premyer Liqasının XII turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına start verib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komanda Bakıda hazılıq keçir.
“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.
Gəncə klubunun uzun müddət zədəli olan futbolçuları Şəhriyar Əliyev, Dario Frederiko və Vüqar Bəybalayevin durumu artıq normaldır. Buna kimi fərdi halda çalışan oyunçular komanda ilə birgə məşqlərə qoşulublar.