Azərbaycan çempionunun oyunlarının vaxtı açıqlandı

Azərbaycan çempionunun oyunlarının vaxtı açıqlandı
11:12 16 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə UEFA Kubokunda elit-raundun təqvimi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz"ın da oyunlarının vaxtı dəqiqləşib.

Oyunları Xorvatiyada keçiriləcək B qrupunda çıxış edən Naxçıvan təmsilçisi ilk matçında meydan sahibləri ilə üz-üzə gələcək. "Nasional"la noyabrın 23-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Ertəsi gün komandamız təkcə qrupun deyil, turnirin əsas favoriti "Yuqra" ilə üz-üzə gələcək. Millimizin və "Neftçi"nin sabiq futzalçısı Kakanın rəhbərlik etdiyi komanda UEFA Kubokunun hazırki qalibidir.
 
"Araz"ın ən asan rəqibi son turda olacaq. Təmsilçimiz Almaniya "Hamburq"unu sınağa çəkəcək.
 
Qeyd edək ki, qrupun bütün oyunları Zaqrebdəki İdman Evində keçiriləcək.
 
UEFA Kuboku
Elit raund
B qrupu
 
I tur
23 noyabr

21:00. "Yuqra" (Rusiya) - "Hamburq" (Almaniya)
23:30. "Nasional" (Xorvatiya) - "Araz" (Azərbaycan)
 
II tur
24 noyabr

21:00. "Araz" (Azərbaycan) - "Yuqra" (Rusiya)
23:30. "Nasional" (Xorvatiya) - "Hamburq" (Almaniya)
 
III tur
26 noyabr

21:00. "Hamburq" (Almaniya) - "Araz" (Azərbaycan)
23:30. "Yuqra" (Rusiya) - "Nasional" (Xorvatiya)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR