Bakı "İnter"inin prezident əvəzi Klublar Komitəsinin iclasına gecikib

Bakı "İnter"inin prezident əvəzi Klublar Komitəsinin iclasına gecikib
11:27 16 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin (KK) növbəti iclası işə başlayıb. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasında çıxış edən klubların hamısı təmsil olunur. 
KK sədri Fikrət Hüseynovun rəhbərlik etdiyi iclasa "İnter"də prezident səlahiyyətlərini icra edən Rüfət Abdullayev 10 dəqiqə gecikib. Digər klublara gəldikdə, "Sumqayıt"ı klub prezidenti Kamran Quliyev, "Qəbələ"ni vitse-prezident Fariz Nəcəfov, "Zirə"ni icraçı direktor Natiq İsmayılov, "Qarabağ"ı baş menecer Asif Əsgərov, "Kəpəz"i Müşahidə Şurasının üzvü Mikayıl Quliyev, "Neftçi"ni beynəlxalq əlaqələr departamentinin rəhbəri Qədir Həsənov təmsil edir. 
Qeyd edək ki, iclasda İlk olaraq, Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL-ın təklifi dinləniləcək. Ardından AFFA-nın Texniki Departamentinin əməkdaşları ilə görüş olacaq. Görüşdə məşqçi kursları ilə bağlı suallara aydınlıq gətiriləcək. Digər məsələ uşaq liqalarında komanda nümayəndələri tərəfindən hakimlərə qarşı zorakılıq halları gündəmə gətiriləcək. Klub nümayəndələri digər məsələləri də müzakirə edəcəklər. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/baki-i-nter-inin-prezident-evezi-klublar-komitesinin-iclasina-gecikib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR