İmişlidə yol qəzası baş verib

İmişlidə yol qəzası baş verib
11:32 16 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli.16 noyabr. REPORT.AZ/ İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Aran bürosunun məlumatına görə, hadisə P.Həsənov və H.Aslanov küçələrinin kəsişməsində qeydə alınıb.  
Belə ki, H.Aslanov küçəsi ilə hərəkətdə olan “Kia” markalı avtomobil, P.Həsənov küçəsi ilə hərəkət edən “Vaz-2106” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “Kia”nın sürücüsü Toğrul Cəfərov  müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Faktla bağlı araşdırma aparılır.





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR