Avtomobil idxalında böhran: 6 dəfə azaldı

Avtomobil idxalında böhran: 6 dəfə azaldı
11:48 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin 10 ayı ərzində Azərbaycana 4 349 ədəd nəqliyyat vasitəsi idxal edilib.

Publika.az xəbər verir ki, ötən ilin anoloji dövrü ilə müqayisədə 5,6 dəfə azdır. Belə ki, 2015-ci ilin 10 ayında ölkəmizə 24 219 ədəd nəqliyyat vasitəsi idxal olunub. Bu ili oktyabr ayında idxal cəmi 443 ədəd təşkil edib.

10 ayda 75 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3775 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 419 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 80 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Minik avtomobillərinin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 dəfə azalıb. 2015-ci ilin 10 ayında 21 min 497 ədəd minik avtomobili idxal olunmuşdu. Bu ilin oktyabr ayında minik avtomobillərinin idxalı cəmi 386 ədəd təşkil edib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/176119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR