Ərdoğanın Özbəkistana səfərində MƏQSƏD

Ərdoğanın Özbəkistana səfərində MƏQSƏD
11:52 16 Noyabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq".

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Administrasiyadan verilən məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Ankara və Daşkənd arasında siyasi və iqtisadi əlaqələrin inkişafı barədə məsələlər olacaq:

"Özbəkistan Mərkəzi Asiyanın strateji vacib dövlətlərindən biridir və Ankara Daşkəndlə münasibətlərin inkişafına böyük önəm verir".

Prezident R.T.Ərdoğan 17-18 noyabr tarixlərində Özbəkistana səfər edəcək. Bu, onun Türkiyə prezidenti qismində Özbəkistana ilk səfəridir. Səfər çərçivəsində Ərdoğan Özbəkistan prezidentinin vəzifələrini müvəqqəti icra edən Şövkət Mirzəyevlə görüşəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR