Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib

Ağsuda  ölümlə nəticələnən yol qəzası baş verib
11:52 16 Noyabr 2016
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Ağsu rayonunda iki avtomobil toqquşub nəticədə avtomobildə olan sərnişinlər ölüb.
"Report" un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağsu rayonunun Padar kəndində rayon sakini Anar Osmanovun idarə etdiyi "Niva" markalı avtomobillə Cəbrayıl rayon sakini Rövşən Behbudovun idarə etdiyi "Mercedes" markalı avtomaşın toqquşub. Qəza zamanı "Niva" markalı avtomobildə olan sərnişin Əhməd Məmmədov, "Mercedes" markalı avtomobildə olan Oğuz rayon sakini Rasim Əliyev hadisə yerində ölüb, hər iki avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agsuda-olumle-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR