Coca-Cola-nın "ata"sının mülkü viran qalıb - FOTO

Coca-Cola-nın "ata"sının mülkü viran qalıb - FOTO
11:57 16 Noyabr 2016
178 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Coca-Cola" korporasiyasının banisi Aza Qriqs Kendlerin oğluna məxsus olmuş nəhəng "Briarcliff" malikanəsi indi viran qalıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-ın Corciya ştatındakı Atlanta şəhərində yerləşən bu malikanədə Aza Kendlerin oğlu Aza Kendler 1920-1930-cu illərdə yaşayıb.

Sonradan bu malikanə də "Coca Cola" korporasiyası ilə birlikdə Ernest Vudraffa satılmışdı. Ernest Vudraffın oğlu Robert Vudraff isə "Coca-Cola"nı dünya brendinə, qlobal istehsal və maliyyə imperiyasına çevirmişdi.

"Coca Cola" brendini və reseptini ata Aza Qriqqs Kendler polkovnik Con Pembertonun dul arvadından 1891-ci ildə 2300 dollara satın almışdı.

Pemberton "Coca Cola"nın ixtiraçısıdır.

Daşınmaz əmlak biznesi ilə məşğul olmuş oğul Aza Qriqqs isə 1953-cü ildə əyyaşlıqdan və depressiyadan ölüb.

Viran malikanənin fotolarını Ceff Hayerman çəkib.

Milli.Az




























Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/489811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR