Azərbaycanda məhkəmə hakimlərinin SAYI AÇIQLANDI

Azərbaycanda məhkəmə hakimlərinin SAYI AÇIQLANDI
11:59 16 Noyabr 2016
155 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fəaliyyət göstərən məhkəmə hakimlərinin sayı açıqlanıb.

 

APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Məhkəmə və Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycanda hazırda 600 məhkəmə hakimi var.

 

O qeyd edib ki, son illər bu rəqəm iki dəfə artıb: “Buna baxmayaraq, hakimlərin iş yükü yenə çoxdur. Regionlarda bir hakimə ay ərzində 30-35 iş düşürsə, Bakı şəhərində bu, 100-ə çatır. Bu da həddindən çox yüklənmə deməkdir. Biz hakim ştatlarının sayını yenə də artıra bilərik. Bu, məhkəmələrin işini xeyli səmərələşdirmiş olacaq. Amma düşünürəm ki, bu, yeganə variant olmayacaq. Digər səmərələşdirici həll variantlarına da baxmaq lazımdır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR