Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub.
Milli.Az DİN-ə istinadən bildirir ki, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 119-cu maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurma ilə hədələmə) ilə axtarışda olan Çingiz Hüseynov saxlanılıb.
Milli.Az