Türkiyə prezidenti: "Almaniya yanlış oynayır"

Türkiyə prezidenti: "Almaniya yanlış oynayır"
12:17 16 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ “Almaniya işini etibarlı görmür. Terror bumeranq kimi dönüb bir gün Almaniyanı da vuracaq”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
O, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin Türkiyəyə səfərini və onunla görüşünü şərh edərək deyib: “Almaniya yanlış oynayır. Qərb hələ də terrora yataq verir. Terrorçuların etdiklərini və onlara verilən dəstəyi görürük. Bir tərəfdən terror qruplaşmasının nümayəndələrinə dözümlə yanaşacaqsınız, digər tərəfdən də terrora qarşı mübarizəni dəstəklədiyiniz deyəcəksiniz. Elə iş olmaz. Bir tərəfdən PKK-ya terrorçu deyirsiniz, digər tərəfdən dolayı, ya birbaşa dəstək verirsiniz. Bu, necə dostluq, necə dürüstlükdür? Biz belə bəyanatlardan çox, terrora qarşı mübarizədə əməli fəaliyyətə üstünlük veririk. Almaniyaya terrorla bağlı indiyədək 4 500 dosye təqdim etmişik. Almaniya onlardan yalnız 6-na baxıb".

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-almaniya-yanlis-oynayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR