Ağsuda AĞIR YOL QƏZASI: 2 ölü, 2 yaralı

Ağsuda AĞIR YOL QƏZASI: 2 ölü, 2 yaralı
12:22 16 Noyabr 2016
313 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsuda ağır yol qəzası baş verib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 15-də saat 16 radələrində Ağsu rayonunun Padar kəndində rayon sakini Anar Osmanovun idarə etdiyi "Niva" və Cəbrayıl rayon sakini Rövşən Behbudovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə A.Osmanovun sərnişini, Nəmirli kənd sakini Əhməd Məmmədov və R.Behbudovun sərnişini, Oğuz rayon sakini Rasim Əliyev hadisə yerində ölüblər, hər iki sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR