Azərbaycanda büdcə təşkilatları elektrik enerjisi sərfini artırıb

Azərbaycanda büdcə təşkilatları elektrik enerjisi sərfini artırıb
12:32 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 581,0 mln. kVt/saat elektrik və 129,2 min Qkal istilik enerjisindən, 95,1 mln. kubmetr təbii qazdan istifadə edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 13%, istilik enerjisindən 5,6% çox, təbii qazdan isə 0,1% az istifadə edilib.
Hesabat dövründə büdcə təşkilatları 102,6 mln. manatlıq elektrik enerjisi, 3,5 mln. manatlıq istilik enerjisi, 9,5 mln. manatlıq təbii qazdan istifadə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-budce-teskilatlari-elektrik-enerji-serfini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR