Mixail Qusman: "Bakı beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilib"

Mixail Qusman: "Bakı beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilib"
12:52 16 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Bakı artıq neçə ildir ki, vacib beynəlxalq tədbirlərin keçirildiyi arenaya çevrilib".

Milli.Az bildirir ki, bu sözləri bu gün Trend-ə Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

O deyib: ""Bu həm dünya humanitar forumu, sivilizasiyalararası dialoq forumu, həm BMT egidası altında keçirilən təbdirlər, həm də müxtəlif idman yarışlarıdır. Bütün bunlar Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın bütün nöqtələrindən Bakıya yollar gəlir. Azərbaycan paytaxtı bu gün bütün dünyada maraq oyadır".

M.Qusman əminliklə deyib ki, bu konqres uğurla başa çatacaq. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi bütün dünyada informasiya sahəsində çalışan insanlar üçün vacib hadisədir:

"Burada 80-dən çox ölkənin və 100-dən çox informasiya agentliyinin nümayəndələri toplanıb. Onlar hər gün dünyada baş verən xəbərlərin yer aldığı KİV-lərin nümayəndələridir. Dünyamız bu gün çoxlu çağırışlarla üz-üzədir, obyektiv və dəqiq informasiyanın verilməsini təmin etmək çox vacibdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR