İnfantino: "Sistem hakimlərə kömək etdi"

İnfantino: "Sistem hakimlərə kömək etdi"
12:52 16 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidenti Canni İnfantino İtaliya və Almaniya futbol milliləri arasında keçirilən yoldaşlıq görüşündə videoqurğu sistemindən (VAR) istifadəni müsbət qiymətləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İnfantinonun sözlərini DPA agentliyi sitat gətirib. Görüş Milan şəhərində baş tutub və 0:0 hesablı heç-heçə ilə başa çatıb. Hakimlər briqadasına matçın mühüm məqamlarının videotəkrarını izləyən iki köməkçi hakim də daxil olub. "Ümumiyyətlə bu, çox müsbət idi. Bir neçə məqam oldu ki, sistem hakimlərə kömək etdi", - deyə FİFA prezidenti bildirib.

İnfantino əlavə edib ki, videoqurğu sistemi Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatında tətbiq oluna bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR