"V Konqres dünya xəbər agentlikləri üçün vacib əhəmiyyət kəsb edir"

"V Konqres dünya xəbər agentlikləri üçün vacib əhəmiyyət kəsb edir"
13:05 16 Noyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn jurnalistlərə deyib

O qeyd edib ki, tədbir yüksək səviyyədə təşkil olunub:

"Azərbaycan xalqı çox qonaqpərvərdir. Azərbaycan indiyə qədər Dünya Xəbər Agentliklərinin Konqresinə öz dəstəyini göstərib. V Konqres də bütün dünya xəbər agentlikləri üçün vacib əhəmiyyət kəsb edir. İnanıram ki, Azərbaycan Konqresə növbəti sədrliyi yüksək səviyyədə edəcək və böyük uğurlar qazanacaq".

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR