“Barselona”nın yeni hədəfi - Koutinyo?

“Barselona”nın yeni hədəfi - Koutinyo?
13:18 16 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın əfsanələrindən biri, Xavi Hernandes “Liverpul”un orta xətt oyunçusu Filippe Koutinyonu tərifləyib.

Publika.az xəbər verir ki, ispan futbolçu “qırmızı-göy” formanı ona çox yaraşdırdığını gizlətməyib.

Cari mövsümdə sərgilədiyi oyunla tez-tez Avropa mətbuatının manşetlərini bəzəyən braziliyalı yarımmüdafiəçinin transfer hədəfinə çevrilməsi normaldır. Futbolda özünü təsdiqləmiş Xavi də onu “Nou Kamp”a layiq görürsə, deməli tezliklə “Barselona”nın Koutinyoya elçi düşəcəyini gözləmək olar.

Xavi açıqlamasında bildirib ki, “Barselona”nı gücləndirə biləcək az oyunçu var. Koutinyo məhz bu futbolçulardan biridir. Bu, artıq Kataloniya klubunun rəhbərliyinə mesajdır.

Koutinyo cari mövsümdə “Liverpul”un formasında çıxdığı 11 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR