Avropa Azərbaycan Məktəbinin şagirdləri Türkiyədən medalla qayıdıb - FOTOLAR

Avropa Azərbaycan Məktəbinin şagirdləri Türkiyədən medalla qayıdıb - FOTOLAR
13:28 16 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Azərbaycan Məktəbinin şagirdləri Antalyada keçirilən VIII Beynəlxalq Olimpiadada qızıl və gümüş medallar qazanıblar.

Publika.az xəbər verir ki, oktyabr ayının 30-dan noyabr ayının 6-dək Türkiyənin Antalya şəhərində məktəblilər və tələbələr arasında VIII Beynəlxalq Olimpiada keçirilib.

Olimpiada Rusiya Federasiyasının Antalyadakı Baş Konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub. Olimpiada III-XI sinif şagirdləri və tələbələr arasında riyaziyyat, rus dili, ingilis dili, türk dili, coğrafiya, fizika, kimya, biologiya, təsviri incəsənət və ümumi tarix fənləri üzrə keçirilib. Olimpiadada Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkiyə dövlətlərinin 20 məktəbini təmsil edən 200-dən artıq şagird iştirak edib. Azərbaycanı bu olimpiadada 5 məktəbdən - Avropa Azərbaycan Məktəbi, Akademik Zərifə Əliyeva adına lisey, Bakı Modern Məktəbi, Bakı şəhəri 27 saylı və 220 saylı orta məktəblərindən olan 72 şagird təmsil edib. Avropa Azərbaycan Məktəbi olimpiadada VI-X siniflərdən olan 12 şagirdlə təmsil olunub. Riyaziyyat fənni üzrə olimpiadaya qatılan 9 şagirddən 3-ü yer tutub. Onlardan biri qızıl (Fərid Alməmmədov, X sinif), biri gümüş (Aliyə Xudiyeva, IX sinif), biri isə bürünc (Murad Məhərrəmov, IX sinif) medal qazanıb. Coğrafiya fənni üzrə olimpiadaya qatılan 6 şagirddən 4-ü yer tutub. Onlardan 2-si gümüş (Aslan İbadov - VIII sinif, Məryəm Əliyeva – VII sinif), 2-si isə bürünc (Camal Mani - VIII sinif, Nicat Əlisoy - VI sinif) medal qazanıb. Fizika fənni üzrə olimpiadaya qatılan Murad Məhərrəmov (IX sinif) gümüş, Fərid Alməmmədov (X sinif) bürünc, təsviri incəsənət fənni üzrə olimpiadaya qatılan Aydan Alimzadə (VIII sinif) gümüş, Türk dili fənni üzrə olimpiadaya qatılan Aliyə Xudiyeva (IX sinif) bürünc, biologiya fənni üzrə olimpiadaya qatılan Cəmil Rzayev (VII sinif) qızıl, Aliyə Xudiyeva (IX sinif) bürünc medal qazanıblar.

Olimpiadada iştirak edən bütün şagirdlər ingilis dili fənni üzrə olimpiadaya qatılmışlar. Onlardan biri qızıl (Camal Mani, VIII sinif), üçü gümüş (Fidan Məhərrəmova - VI sinif, Məryəm Əliyeva - VII sinif, Aydan Alimzadə - VIII sinif), ikisi isə bürünc (Cəmil Rzayev - VII sinif, Fərid Alməmmədov - X sinif) medal qazanıb. Məktəbin şagirdləri komanda hesabında ingilis dili fənni üzrə ikinci yerə çıxmaqla kuboka sahib oldular. Ümumilikdə isə olimpiadada 10 şagird 19 medal qazanıb. Bunlardan üçü qızıl, səkkizi gümüş, səkkizi isə bürünc medaldır.




Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR