"Özil özü haqqında da düşünməyə başlayıb"

"Özil özü haqqında da düşünməyə başlayıb"
13:32 16 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın sabiq futbolçusu Rober Pires Özilin son vaxtlar nümayiş etdirdiyi oyuna fikir bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı eks-futbolçu bunları qeyd edib:

"Mesut Özilin başında hansısa düyməni basıblar, artıq qollar vurmağa başlayıb. Ötən ildəki Mesuta nisbətən indi özü barədə də düşünür. Qapı qarşısında olanda qol vurmaq önəmlidir. Özilin gözəl oyun keyfiyyətləri var. O, Premyer Liqada minimum 12 qol vura bilər. Mənim dövrümdə komandanın maestrosu Denis Berqkamp idi. İndisə Mesut Özildir. Hər ikisini bəyənirəm. Bununla yanaşı, futbol komanda idman növüdür. Onlar da komanda üçün oynayıblar. Bu aspekt "Arsenal" üçün olduqca əhəmiyyətlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR