Angela Merkel dördüncü dəfə kansler olmaq istəyir

Angela Merkel dördüncü dəfə kansler olmaq istəyir
13:42 16 Noyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

Angela Merkel 2017-ci ildə dördüncü dəfə Almaniya kansleri postuna sahib olmaq üçün mübarizə aparmaq niyyətindədir. Bu barədə Merkelin yüksək vəzifəli partiya yoldaşı, Bundestaqın xarici siyasət üzrə komitəsinin başçısı Norbert Rettgen bildirib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniya hökumətinin hazırkı başçısının özü isə hələlik rəsmi olaraq elektoral planlarını elan etməyib.

Yaxın Şərqdən və Şimali Afrikadan, demək olar ki, nəzarətsiz şəkildə gələn mühacirlərin Avropa İttifaqı ölkələrində qəbulu ideyasını dəstəkləyənədək Angela Merkel Almaniyada yüksək populyarlığa malik idi. Bu gün isə onun miqrantlarla bağlı mövqeyindən nəinki bir çox seçici, həmçinin hakim koalisiyadakı bəzi tərəfdaşları da narazıdır.

Son sosioloji sorğuların nəticəsinə əsasən, almanların yarıdan çoxu Merkelin növbəti dəfə hökumətə başçılıq etməsini istəmir.

Xatırladaq ki, Angela Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR