Anasını itirən azərbaycanlı aparıcı: "Onu həkimlər öldürdü"

Anasını itirən azərbaycanlı aparıcı:  "Onu həkimlər öldürdü"
13:56 16 Noyabr 2016
376 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Lətafət Ələkbərova ötən gün dünyasını dəyişən anasının ölümündə həkimləri günühlandırıb.

Aparıcı Axşam.az-a açıqlamasında anasının Hepatit B-dən əziyyət çəkdiyini, həkimlərin buna əhəmiyyət vermədən onu əməliyyat etdiyini söyləyib:

“Başqa bir həkimlə danışmışdım, anamı noyabrın 22-də əməliyyat edəcəkdilər. Gözündə mirvari suyu varıydı. Analizində Hepatit B çıxmışdı, həkim də demişdi ki, əvvəlcə müalicə olunmalıdır. Məndən xəbərsiz qardaşım və gəlinimizlə gedib həkimə, Hepatit B ola-ola onu sırazı əməliyyata salıblar. Pul xatirinə anama əziyyət veriblər, onu həkimlər öldürdü. Qardaşım, gəlinimiz savadsız adamlardı, bilmiyiblər.

Bu işi belə qoymayacam. İstəməzdim anamın qəbri açılsın, nəşi üzərində ekspert aparılsın. Amma həkimlərin səhvinə görə Azərbaycanda nə qədər insan ölməlidir? Anama həkimə tək getməsinə imkan verdiyim üçün özümü bağışlaya bilmirəm. Anamın 63 yaşı varıydı, sağlam idi".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR