Kürdəmirdə müəllimlər pis durumda: 2 aydır maaş yoxdur

Kürdəmirdə müəllimlər pis durumda: 2 aydır maaş yoxdur
14:12 16 Noyabr 2016
441 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda müəllimlər 2 aydır maaşlarını ala bilmirlər.

Milli.Az xəbər verir ki, müəllimlər publika.az-a bildirib ki, problem rayonun bütün məktəblərində yaşanır.
Onların sözlərinə görə, yalnız sentyabrın ilk 15 günlüyünün maaşını ala biliblər. Bu ildən müsabiqədən keçən müəllimlərə isə nə həvəsləndirmə mükafatı, nə də maaş verilib. Müəllimlər bildirirlər ki, Təhsil Nazirliyindən onlara təhsil şöbələrinin yerli icra hakimiyyətlərinin tabeliyində olduğunu və bu məsələyə müdaxilə etmədiklərini deyiblər. Beləcə, dərs saatları ilə bağlı məlumatlar təqdim edilsə də, maaşlar gecikir.
Kürdəmir təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev Publika.az-a maaşların gecikməsini təsdiqləyib və səbəbi də açıqlayıb:
"Maaşların gecikmə səbəbi dövlət vəsaitinin düzgün istiqamətlənməsi ilə bağlı tarif cədvəllərində aparılan dürüstləşmə ilə bağlıdır. Biz dərs saatlarını təqdim etmişdik, sadəcə aidiyyatı orqan tərəfindən dürüstləşmə işləri aparılırdı. Artıq proses başa çatıb, maliyyə vəsaitləri ayrılıb. Maaşlar hesablara köçürülüb. Bu gün axşam və ən geci sabah müəllimlər maaşlarını ala biləcəklər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR